“Formula-1” ulduzu ciddi yol qəzasında — yeni detallar açıqlandı

İdman

11.02.2026 12:35

“Mercedes” komandasının 19 yaşlı pilotu Kimi Antonellinin San-Marino ərazisində iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.

TodayPress TV xəbər verir ki, sosial şəbəkə X-də qəza yerindən görüntüləri ilk paylaşan cuadrodecruijff adlı mənbənin məlumatına görə, gənc sürücü sürət həddini demək olar ki, üç dəfə aşaraq hərəkət edib.

Bildirilir ki, Antonelli limitli buraxılışa malik Mercedes-AMG GT 63 PRO avtomobili ilə icazə verilən 70 km/saatlıq ərazidə təxminən 180 km/saat sürətlə hərəkət edirmiş. Avtomobil idarəetməni itirdikdən sonra əvvəlcə yol kənarındakı dirəyə çırpılıb, daha sonra iki dəfə qoruyucu baryerlə toqquşub və sonda divara dəyərək dayanıb.

Hadisədən sonra pilotun sürücülük vəsiqəsinin əlindən alındığı bildirilib.

Namiq HUN

TodayPress TV

tag: Kimi Antonelli,Barselona,Mercedes,Formula-1,Todaypress.tv,