“Formula 1”: Azərbaycan Qran Prisində ikinci yarış günü
“Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran Prisində ikinci yarış gününə sərbəst yürüşlə start veriləcək.
TodayPress TV xəbər verir ki, “Formula 1” pilotları saat 12:30-da Bakı trekində təşkil olunacaq üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
14:15-də “Formula 2” pilotlarının sprint yarışı start götürəcək.
16:00-da isə “Formula 1”də sıralama turu baş tutacaq.
Azərbaycan Qran Prisi sentyabrın 21-də başa çatacaq.
Namiq HUN