Fofanadan etiraf: “Məqsədə yaxınıq, xırda detallar çatmır”

İdman

31.12.2025 13:08

İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Uesli Fofana 2025-ci ilin komanda üçün necə keçdiyini dəyərləndirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına danışıb. 

Futbolçu bildirib ki, “Çelsi” məqsədlərinə getdikcə yaxınlaşır, lakin hələ də üzərində işlənməli məqamlar var:

“Düşünürəm ki, hədəfə yaxınlaşırıq, sadəcə xırda detallar çatmır. Bu il enişlər və yüksəlişlərlə yadda qaldı. Çempionlar Liqasına vəsiqə qazandıq və Klublararası Dünya Kubokunu udduq - bu, əla idi. Ancaq daha da inkişaf etməliyik, daha çox işləməli və zəhməti davam etdirməliyik. Biz bir komandayıq. Növbəti oyun ‘Mançester Siti’yə qarşıdır və üç xal qazanmalıyıq”, - deyə Fofana vurğulayıb.

Fofananın mesajı sadədir: kuboklar var, amma iş rejimi hələ “full power”dır.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının beşinci komandası olan “Çelsi” cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Azərbaycan çempionu “Qarabağ”la (2:2) səfər matçında xal itkisi ilə üzləşib. 

Hazırda “Çelsi” Premyer Liqanın turnir cədvəlində 30 xalla 5-ci pillədə qərarlaşıb. Komanda 19 oyuna çıxıb.

Namiq HUN

TodayPress TV

tag: Çelsi,Fofana,Mançester Siti,ÇL,Todaypress.tv,