Florentino Peresdən gözlənilməz seçki qərarı!
İdman
14.05.2026 14:48
“Real Madrid” futbol klubu prezident və direktorlar şurasına növbədənkənar seçkilərin keçiriləcəyini rəsmən elan edib.
TodayPress TV xəbər verir ki, Madrid təmsilçisinin rəsmi açıqlamasına əsasən, seçki prosesi artıq başlayıb.
Namizədlərin irəli sürülməsi üçün müraciət müddəti 14 maydan 23 may 2026-cı il tarixinədək davam edəcək.
Əgər seçkilərdə birdən çox namizəd iştirak edərsə, səsvermənin keçiriləcəyi tarix və məkan daha sonra açıqlanacaq. Klub həmçinin seçki qaydalarına uyğun olaraq poçt vasitəsilə səsvermənin də mümkün olacağını bildirib.
Xatırladaq ki, növbədənkənar seçkilərlə bağlı açıqlamanı daha əvvəl klubun hazırkı prezidenti Florentino Peres fövqəladə mətbuat konfransında vermişdi.
Qeyd edək ki, Florentino Peres 2009-cu ildən fasiləsiz şəkildə “Real Madrid”in prezidenti vəzifəsini icra edir. O, daha əvvəl 2000-2006-cı illərdə də bu posta rəhbərlik edib.
Namiq HUN
tag: Real Madrid,Florentino Peres,Klub,Seçki,Todaypress.tv,
