Flik “Sport Bild Awards” mükafatına layiq görüldü
“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik “Bild” nəşrinin versiyasına görə ilin ən yaxşı məşqçisi seçilib.
TodayPress TV xəbər verir ki, 60 yaşlı almaniyalı mütəxəssis Hamburqda "Sport Bild Awards" mükafatına layiq görülüb.
Xatırladaq ki, Kataloniya təmsilçisi ötən mövsüm Flikin rəhbərliyi altında tarixində 9-cu dəfə qızıl dubl edib. “Barselona” həm La Liqa, həm də İspaniya kubokunun qalibi olub.
Namiq HUN