Fisdən tarixi zəfər: Sinner və Alkarasın iziylə getdi!

Fisdən tarixi zəfər: Sinner və Alkarasın iziylə getdi!
24.08.2026 09:37 İdman

22 yaşlı fransalı tennisçi Artur Fis Sinsinnati “Masters” turnirində qalib gələrək daha bir diqqətçəkən göstəriciyə imza atıb.

TodayPress TV “OptaAce”ə istinadən xəbər verir ki, Fis hazırda çıxış edən tennisçilər arasında 23 yaşına çatmadan Sinsinnati “Masters”ində çempion olan üçüncü oyunçudur.

Bundan əvvəl bu uğura italiyalı Yannik Sinner və ispaniyalı Karlos Alkaras nail olublar.

Fis turnirin finalında amerikalı Frensis Tiafonu 6:3, 1:6, 6:0 hesabı ilə məğlub edib. Tennisçilərin qarşılaşması 1 saat 28 dəqiqə davam edib.

Bu qələbəyə görə fransalı tennisçi reytinqinə 1000 xal əlavə edib. Tiafo isə 650 xal qazanıb.

Qeyd edək ki, Sinsinnati turniri avqustun 13-dən 23-dək keçirilib. Kişilərin fərdi yarışında ümumi mükafat fondu 9,4 milyon dollar təşkil edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər