FIFA prezidentliyinə 5 əsas NAMİZƏD - İnfantinonu kimlər əvəz edə bilər?

FIFA prezidentliyinə 5 əsas NAMİZƏD - İnfantinonu kimlər əvəz edə bilər?
05.08.2026 06:20 İdman

FIFA-da Canni İnfantinonu prezident postunda əvəz etməyə beş əsas namizədin adı açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Namizədlərin siyahısına aşağıdakılar daxil edilib:

Nasser Əl-Xelaifi - PSJ-nin prezidenti, Avropa Futbol Klubları Şurasının (EFC) sədri;

Viktor Montalyani - FIFA-nın vitse-prezidenti, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) prezidenti;

Aleksander Çeferin - UEFA-nın prezidenti;

Şeyx Salman bin İbrahim Əl Xəlifə - Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti;

Patris Motsepe - Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti.

Namizədlərin müraciət etməsi üçün son müddət 18 noyabr 2026-cı ildir. Pretendentin namizədliyini yalnız milli futbol assosiasiyası irəli sürə bilər. Bu zaman namizəd ən azı beş federasiyanın dəstəyini qazanmalıdır. FIFA prezidenti vəzifəsinə seçki isə 2027-ci il martın 18-də Rabatda (Mərakeş) keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər