FIFA-nın vədi hələ də yerinə yetirilməyib!

FIFA-nın vədi hələ də yerinə yetirilməyib!
04.08.2026 16:45 İdman

Son dünya çempionatının oyunlarına ev sahibliyi etmiş ABŞ-nin bir neçə şəhəri FIFA-nın vəd etdiyi maliyyə ödənişlərini həyata keçirmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. 

Şəhər rəsmiləri FIFA-nın turnirin irs layihələri üçün hər bir şəhərə 1 milyon ABŞ dolları ayıracağını vəd etdiyini, lakin bu öhdəliyin hələ də yerinə yetirilmədiyini bildiriblər.

Qeyd olunur ki, FIFA dünya çempionatı dövründə ümumilikdə 15 milyard dollar gəlir əldə etsə də, vəd olunan vəsaitlər ev sahibi şəhərlərə köçürülməyib. Şəhər rəhbərləri həmin vəsaitin turnirin irsinin qorunması və inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi üçün vacib olduğunu vurğulayaraq, FIFA-nı verdiyi vədləri yerinə yetirməyə çağırıblar.

Xatırladaq ki, 2026-cı il dünya çempionatının oyunları ABŞ-ın 11 şəhərində keçirilib. Turnir ümumilikdə ABŞ, Kanada və Meksikanın 16 şəhərini əhatə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər