FİFA dünya çempionatından rekord gəlir əldə edib
FİFA 2026-cı il dünya çempionatından 15 milyard dollar gəlir əldə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilib ki, bu göstərici təşkilatın tarixində dünya çempionatından əldə olunan ən yüksək gəlirdir. Gəlirlər əsasən yayım hüquqları, sponsorluq müqavilələri, bilet satışı və kommersiya fəaliyyətindən formalaşıb.