FIFA 2025-ci ilin ən yaxşıları seçildi
FIFA ilin ən yaxşılarını açıqlayıb.
Fransanın PSJ futbol klubunun baş məşqçisi Luis Enrike FIFA tərəfindən 2025-ci ilin məşqçisi seçilib.
Fransa milli komandasının və PSJ futbol klubunun hücumçusu Usman Dembele FIFA tərəfindən 2025-ci ilin oyunçusu seçilib.
İspaniyanın qadınlardan ibarət "Barselona" klubunun yarımmüdafiəçisi Aytana Bonmati FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçilib.
Argentinanın "İndependyente" klubunun futbolçusu Santyaqo Montielin qolu 2025-ci il üçün "Ferents Puşkaş" mükafatına layiq görülüb.