Kapoeyraçılar Tallində tarix yazdı: Yeniyetmələrimiz kürsünün zirvəsini fəth etdi!

Kapoeyraçılar Tallində tarix yazdı: Yeniyetmələrimiz kürsünün zirvəsini fəth etdi!
12.10.2026 14:56 İdman

Estoniyanın paytaxtı Tallində kapoeyra üzrə “Tallinn Cup” beynəlxalq turniri keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Kapoeyra Federasiyasının idmançıları yarışda uğurla çıxış edərək ümumilikdə altı medal qazanıblar.

Uşaqlar arasında Adnan Cavadlı və Nizami Cavadlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Amina Mirzəliyeva yeniyetmə qızların turnirində birinci olub. Yağmur İsmayılova gümüş medalla kifayətlənib. 

Kadet oğlanların turnirində Məhəmməd Rüstəmli də ikinci yerə sahib çıxıb. Davud Əlinin isə “Tallinn Cup”dan qazancı bürünc medal olub. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər