Ferstappenin möhtəşəm ötməsi Montoyanı heyran etdi

Ferstappenin möhtəşəm ötməsi Montoyanı heyran etdi
12.08.2026 15:48 İdman

“Formula-1”in sabiq pilotu Xuan Pablo Montoya “Red Bull”un dördqat dünya çempionu Maks Ferstappenin Macarıstan Qran-prisində “Ferrari”nin pilotu Lyuis Hemilton üzərində etdiyi ötməni dəyərləndirib.

TodayPress TV “Betpack”a istinadən xəbər verir ki, Montoya niderlandlı pilotun manevrini yüksək qiymətləndirib.

“Ferstappenin ötməsi inanılmaz idi. O, Hemiltonun çox erkən əyləclədiyini başa düşdü və hücuma keçdi. Bu, düşünülməmiş manevr deyildi. Hətta trayektoriyadan geniş çıxmağa da ehtiyacı olmadı. Hemilton açıq şəkildə məğlub edildi. Maksı bəyənirsiniz, ya yox, amma o, sükan arxasında fenomendir”, – deyə Montoya bildirib.

Qeyd edək ki, Montoya daha əvvəl Ferstappenin “Red Bull”dakı gələcəyi ilə bağlı da fikirlərini bölüşüb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər