Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir

Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir
18.08.2026 08:54 İdman

“Red Bull” komandasının dördqat dünya çempionu Maks Ferstappen karyerasını başa vurduqdan sonra avtoidmanda hansı izi qoymaq istədiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Formule1” nəşri məlumat yayıb.

Niderlandlı pilot bildirib ki, karyerasından sonra müəyyən irs qoymaq barədə düşünüb. Onun əsas məqsədlərindən biri simracing dünyasından istedadlı pilotları üzə çıxarmaq və onlara real yarış avtomobilinin sükanı arxasında özlərini sınamaq imkanı yaratmaqdır.

“Bəli, bu barədə düşünmüşəm. Lakin Niderlandda hər şey o qədər də sadə deyil. Dediyim kimi, futbol meydanı kartinq trasından bir qədər fərqlidir və eyni zamanda daha ekoloji variantdır. Mən mütləq özümdən sonra nəsə qoyub getmək istəyirəm. Lakin ilk növbədə GT proqramım barədə düşünürəm. İstəyirik ki, simracing dünyasında istedadları axtaraq və onlara real avtomobilin sükanı arxasında özlərini sınamaq imkanı verək”, – deyə Ferstappen bildirib.

Dördqat dünya çempionu bu planlarla yanaşı, öz yarış komandası “Verstappen Racing”in inkişafını da əsas hədəflərindən biri hesab edir.

“Bunlar qarşıma qoyduğum məqsədlərdən bəziləridir. Əlbəttə, öz yarış komandam “Verstappen Racing”in inkişafı ilə yanaşı”, – deyə Ferstappen bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər