"Ferrari” üçün ideal namizəd? Patrezedən Horner etirafı

İdman

04.02.2026 17:29

“Formula-1”in sabiq italiyalı pilotu Rikardo Patreze “Red Bull”un keçmiş rəhbəri Kristian Hornerin “Ferrari” üçün ideal seçim ola biləcəyini düşünür.

TodayPress TV xəbər verir ki, Patrezenin sözlərini Grandprix247 nəşri yayıb. 

Onun fikrincə, Horner təcrübəsi və idarəçilik bacarığı sayəsində istənilən komandanı uğura apara biləcək səviyyədə mütəxəssisdir.

“Kristian Horner “Ferrari”yə çox uyğun gələrdi. Təcrübəsinə görə o, istənilən komanda üçün əla rəhbər ola bilər. O, doğru insanları doğru yerlərə təyin etməyi, düzgün seçim etməyi bilir. Ən yaxşı rəhbərlərin sirri də məhz budur.

Bəzən komandaya çətin qərarlar verməkdən çəkinməyən, işinin öhdəsindən gələ bilməyən şəxslərlə yolları ayırmağı bacaran güclü lider lazımdır. Horner sistemin necə işlədiyini, komandaların daxilində nələrin baş verdiyini yaxşı anlayır və layihəni uğura aparmaq üçün nə etməli olduğunu bilir”, — deyə Patreze vurğulayıb.

Namiq HUN

TodayPress TV

tag: Ferrari,Formula 1,Rikardo Patreze,Kristian Horner,Todaypress.tv,