Fernandu Santuş AFFA-ya güzəştə getmək istəmir
AFFA Fernandu Santuşla təzminat məsələsində razılığa gəlməyib.
TodayPress TV futbolinfo.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Azərbaycandan ayrılarkən anlaşmanın pozulmasına görə açıq qalan məsələlərin vəkili vasitəsi ilə müzakirə ediləcəyini bildirib.
Santuş heç bir güzəştə getmək istəmir. O, AFFA-nın onunla müqaviləni pozmaq şəklindən, davranış tərzindən xoşlanmayıb. Bu səbəbdən Santuş müqavilənin qalan hissəsində nəzərdə tutulan məbləğin tam şəkildə ödənilməsini tələb edir. Qeyri-rəsmi informasiyaya görə, söhbət 3,8 milyon avrodan gedir.
AFFA Fernandu Santuşdan ciddi güzəşt gözləyir.
Namiq HUN