Fərid Qayıbov Avropa Gimnastikasının prezidenti seçildi

Fərid Qayıbov Avropa Gimnastikasının prezidenti seçildi
29.11.2025 14:08 İdman

Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov növbəti dəfə təşkilatın prezidenti seçilib.

TodayPress TV xəbər verir ki, bu gün keçirilən səsvermənin nəticələrinə əsasən Fərid Qayıbov prezidentlik səlahiyyətlərini davam etdirəcək.

Bu seçim onun təşkilatın inkişafına verdiyi mühüm töhfələrin və rəhbərliyi dövründə əldə olunan uğurların yüksək qiymətləndirildiyini göstərir.

Qeyd edək ki, Fərid Qayıbov 2017-ci ildən Avropa Gimnastikasına rəhbərlik edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər