“Fənərbağça” Tedesko ilə anlaşdı
“Fənərbağça” klubunun yeni baş məşqçisi məlum olub.
TodayPress TV insayder Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, İstanbul klubuna Domeniko Tedesko rəhbərlik edəcək.
Bildirilir ki, tərəflər arasında razılıq əldə olunub. İtaliyalı mütəxəssisin yaxın günlərdə Super Liqa təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.
Namiq HUN