"Fənərbağça" italiyalı baş məşqçi ilə müqavilə imzaladı

"Fənərbağça" italiyalı baş məşqçi ilə müqavilə imzaladı
10.09.2025 06:45 İdman

Türkiyənin "Fənərbağça" klubu yeni baş məşqçisini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Sarı-lacıvərdlilər" Domeniko Tedesko ilə 2 illik anlaşıb. Artıq italiyalı mütəxəssisin köməkçilərindən biri məlumdur. Bu, uzun illər Türkiyə yığmasının və "Fənərbağça"nın formasını geyinmiş Gökan Gönüldür.

Qeyd edək ki, 40 yaşlı mütəxəssis son olaraq Belçika seçməsini (2023-2025) çalışdırıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər