"Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi!

"Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi!
12.08.2026 00:54 İdman

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Fənərbağça" (Türkiyə) səfərdə "Şturm Qraz" ilə (Avstriya) qarşılaşıb.

TodayPress TV xəbər verir ki, görüş İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

"Fənərbağça"ya qalibiyyət gətirən qolu Anderson Taliska 66-cı dəqiqədə penaltidən vurub. Tərəflər arasında ilk görüşdə də "Fənərbağça" rəqibini məğlub etmişdi - 2:0.

İki oyunun nəticəsinə görə "Fənərbağça" turnirin pley-off mərhələsinə yüksəlib. Türkiyə klubu bu raundda "Lion" - "Sparta Praqa" cütünün qalibi ilə üz-üzə gələcək.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər