Fabreqasdan şok müqavilə bəndi: Üç nəhəng onu istənilən vaxt apara bilər!
"Komo"nun baş məşqçisi Sesk Fabreqas klubu ilə yeni müqaviləsində xüsusi bənd razılaşdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Canliuka Di Marsio məlumat yayıb.
Şərtə əsasən, üç klub çox münasib təzminat məbləği ödəməklə onu komandaya dəvət edə bilər.
Bu imtiyaza sahib olan klublar Fabreqasın futbolçu kimi çıxış etdiyi "Barselona", "Arsenal" və "Çelsi"dir. Tərəflər razılaşıb ki, bu komandalardan hər hansı biri müraciət edərsə, ispan mütəxəssis "çox əlverişli şərtlərlə" "Komo"nu tərk edə biləcək.
Qeyd edək ki, "Komo" Fabreqasın rəhbərliyi altında 2026/2027-ci illər mövsümündə tarixində ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparır.
Qeyd olunan klubların hazırkı məşqçi durumu:
"Çelsi": Mövsümün əvvəlində komandaya digər bir ispan mütəxəssis Xabi Alonso gətirilib.
"Arsenal": 2019-cu ildən bəri komandanı Fabreqasın həmyerlisi Mikel Arteta çalışdırır.
"Barselona": Komandanın sükanı arxasında almaniyalı Hans-Diter Flik dayanır və mətbuatın yazdığına görə, Kataloniya təmsilçisi onunla müqaviləni yeniləməkdə maraqlıdır.
Namiq HUN