Erməni xizəkçi “Azərbaycan” sözünü gizlətdiyi üçün cərimələndi
Xizəkçi Mikael Mikaelyan “Tour de Ski” yarışları zamanı kostyumunun üzərində turnirin sponsorunun “Azərbaycan” yazısını lentlə bağladığına görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.
Məlumata görə, hadisə İtaliyanın Toblax şəhərində keçirilən yarışların birində baş verib. "Tour de Ski" turnirində xizəkçilərin kostyumlarında Azərbaycanın reklamı ilə yanaşı, yarış məkanlarında ölkənin adını əks etdirən iri reklam lövhələri də yerləşdirilib.
Qeyd edək ki, ötən ilin may ayında FIS Azərbaycan Dövlət Turizm Agentliyi ilə 5 il müddətinə sponsorluq sazişi imzalayıb.
“Tour de Ski” yarışları
Mikael Mikaelyan
Xizək və Snoubord Federasiyası (FIS)
Azərbaycan Dövlət Turizm Agentliyi
Todaypress.tv