Erlinq Haaland rekorda imza atdı
Norveç millisinin futbolçusu Erlinq Haaland XXI əsrin rekorduna imza atıb.
TodayPress TV xəbər verir ki, hücumçu buna Moldovaya qalib gəldikləri (11:1) DÇ-2026-nın seçmə mərhələsinin oyununda beş qol vurmaqla nail olub.
Oslo qarşılaşmasında penta-trik edən 25 yaşlı forvard adını tarixə yazdırıb. O, XXI əsrdə dünya çempionatlarının seçmə mərhələsində bir qarşılaşmada beş qol vuran ilk oyunçudur.
FIFA-nın məlumatına görə, son dəfə belə hadisə 1977-ci ildə baş verib. O zaman avstriyalı Hans Krankl Malta ilə oyunda 5 qol vurmuşdu.
Qeyd edək ki, Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində I qrupunda 15 xalla liderdir.
Namiq HUN