Emmanuel Peti: “Yamal mənə Messini xatırladır”

Emmanuel Peti: “Yamal mənə Messini xatırladır”
27.08.2025 12:22 İdman

Fransanın sabiq futbolçusu Emmanuel Peti “Barselona”nın gənc hücumçusu Lamin Yamal barədə fikirlərini bölüşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

“Yamal mənə sağ cinahda Messini xatırladır. Hər dəfə topa toxunduqda təhlükə yaradır. Adətən, Lamin öz zonasına iki, hətta üç rəqibi çəkir və bu da komanda yoldaşları üçün boşluq açır. Məhz buna görə “Barselona” çox təhlükəlidir. Rafinya və güclü yarımmüdafiə ilə təhlükə hər yerdən gələ bilər.

Bir çox komandanın Yamalı saxlamaq üçün iki-üç oyunçu ilə müdafiə qurmağa çalışdığını gördüm, amma bu, işə yaramırdı,” – deyə Peti bildirib. 

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər