Emin Mahmudov Azərbaycan millisinin tarixinə düşdü
Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda qol vurub.
TodayPress TV xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub.
Bununla da o, tarixi rekorda imza atıb.
Belə ki, Emin Mahmudov sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib.