Elxan Səmədov yenidən PFL prezidenti seçildi

Elxan Səmədov yenidən PFL prezidenti seçildi
24.07.2026 14:17 İdman

Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağında Elxan Səmədov növbəti dəfə qurumun prezidenti vəzifəsinə seçilib.

TodayPress TV xəbər verir ki, tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçılarına PFL-in son 4 illik fəaliyyətini əks etdirən geniş videosüjet təqdim olunub. 

Hesabatlar dinlənildikdən sonra növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində PFL-in İdarə Heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:

* Elxan Səmədov – PFL prezidenti

* Məlik Həsənov – İdman işləri üzrə müşavir

* Aslan Şahgəldiyev – Vitse-prezident

* Zaur Hacı-Məhərrəmov – İcraçı direktor

* Elgiz Abbasov – Texniki-idman direktoru

* Sənan Abdullayev – Media və marketinq direktoru

Namiq HUN

TodayPress TV

FOTOLAR

Elxan Səmədov yenidən PFL prezidenti seçildi — 1
Elxan Səmədov yenidən PFL prezidenti seçildi — 2
Elxan Səmədov yenidən PFL prezidenti seçildi — 3
Elxan Səmədov yenidən PFL prezidenti seçildi — 4
Elxan Səmədov yenidən PFL prezidenti seçildi — 5
Elxan Səmədov yenidən PFL prezidenti seçildi — 6
XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər