Elvin Yunuszadə karyerasında yeni səhifə açdı!

Elvin Yunuszadə karyerasında yeni səhifə açdı!
04.08.2026 15:34 İdman

Elvin Yunuszadə Türkiyənin “Boluspor” klubuna transfer olunub.

TodayPress TV xəbər verir ki, Türkiyənin “Boluspor” klubu azərbaycanlı müdafiəçi Elvin Yunuszadənin transferini rəsmən açıqlayıb.

Klubun rəsmi məlumatına əsasən, tərəflər arasında müqavilə imzalanıb. Lakin anlaşmanın müddəti və digər şərtləri hələlik açıqlanmayıb.

Qeyd edək ki, Elvin Yunuszadə ötən mövsüm “Karvan-Yevlax”ın formasını geyinib. Təcrübəli müdafiəçi karyerası ərzində “Neftçi”, “Qarabağ” və “Sabah” klublarında da çıxış edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər