“Əl-Əhli” Rocer İbanesi buraxmır: yeni müqavilə razılaşdırıldı!

“Əl-Əhli” Rocer İbanesi buraxmır: yeni müqavilə razılaşdırıldı!
10.08.2026 15:06 İdman

Braziliya millisinin müdafiəçisi Rocer İbanes Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə müqaviləsini yeniləməyə yaxındır.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, tərəflər artıq yeni müqavilənin şərtlərini razılaşdırıblar. Sazişin müddəti 2030-cu ilin yayına qədər olacaq.

Rocer İbanes Braziliya futbolunun yetirməsidir. Müdafiəçi peşəkar karyerası ərzində “Fluminense”, “Atalanta”, “Roma” və digər klubların formasını geyinib.

İbanes 2023-cü ildə “Əl-Əhli”yə transfer olunub. O, Səudiyyə klubunda keçirdiyi 124 matçda 14 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər