Ekvador futbolunda faciə: futbolçu və həyat yoldaşı öldürüldü
İdman
18.12.2025 11:35
Ekvadorun “Barselona” futbol klubunun müdafiəçisi Mario Pineyda hücum nəticəsində həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə zamanı futbolçunun həyat yoldaşı da ölüb. Mario Pineydanın anası isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, Pineyda 2016-cı ildən “Barselona” klubunun şərəfini qoruyurdu. 34 yaşlı futbolçu komanda ilə birlikdə iki dəfə Ekvador çempionu olub və ölkə kubokunu qazanıb.
Mario Pineyda peşəkar karyerası ərzində Ekvadorun “İndependyente del Valye” və “Nasyonal” klublarında, həmçinin Braziliyanın “Fluminense” komandasında çıxış edib. O, 2015-ci ilin yayında Çilidə keçirilən Amerika Kubokunda Ekvador yığma komandasının heyətində yer alıb.
Namiq HUN
tag: Mario Pineyda,Barselona,Qətl,Faciə,Todaypress.tv,
