Əfsanəvi tennisçidən oyunun formatını dəyişəcək ideya

Əfsanəvi tennisçidən oyunun formatını dəyişəcək ideya
04.08.2026 10:28 İdman

Novak Cokoviç tennis matçlarının formatının dəyişdirilməsini təklif edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Punto de Break” nəşrinə bildirib.

“Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi olan serbiyalı təcrübəli tennisçinin fikrincə, setlər altı deyil, dörd qələbə qazanılan qeymə qədər oynanılmalı, həlledici xal qaydası tətbiq edilməli və qarşılaşmaların ümumi müddəti təxminən iki saatı keçməməlidir.

“Hesab sistemi dəyişdirilməlidir. Setlər altı yox, dörd qələbə qazanılan qeymə qədər oynanıla bilər. Bəlkə də həlledici xal qaydasını tətbiq etmək və matçları üç qələbə qazanılan setə qədər keçirmək olar. Qarşılaşmaların müddəti iki saatdan artıq olmamalıdır. Düşünürəm ki, bu, hamı üçün ən yaxşı variantdır”, – deyə Cokoviç bildirib.

Qeyd edək ki, Novak Cokoviç avqustun 13-23-də ABŞ-da keçiriləcək Sinsinnati “Masters” turnirində iştirak edəcəyini təsdiqləyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər