Əfsanənin qərar anı yaxınlaşır
İdman
06.01.2026 16:41
Münhenin “Bavariya” klubunun qapıçısı Manuel Noyer gələcəyi və klubla müqavilənin uzadılması ehtimalı barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Sky Sport Germany nəşri məlumat yayıb.
“Pozitiv düşünürəm. Amma hələlik gözləmək və qarşıdakı bir neçə ayın necə keçəcəyinə baxmaq istəyirəm. Güclü oyun göstərməyə çalışacağam. Daha sonra, martın sonu və ya apreldə qərar veriləcək. O vaxta qədər neçə oyun keçirdiyimi və özümü necə hiss etdiyimi biləcəyəm. Tezliklə 40 yaşım tamam olacaq, ona görə də karyeramı tam əminliklə davam etdirə biləcəyimi dərk etməliyəm. Klubla münasibətlər çox yaxşıdır - bunun davam edib-etməyəcəyini görəcəyik”, - deyə Noyer bildirib.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildə “Şalke” klubundan 30 milyon avro qarşılığında “Bavariya”ya transfer olunub. O vaxtdan bəri qapıçı klubun heyətində 581 oyuna çıxıb, 480 qol buraxıb və 271 matçda qapısını toxunulmaz saxlayıb.
Noyerin “Bavariya” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Lakin tərəflər arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar hazırda dayandırılıb.
Namiq HUN
tag: Bavariya,Manuel Noyer,Qərar,Futbol,Todaypress.tv,
