Əfsanə geri dönür: Kriştianu Ronaldo yeni mövsümdə ilk oyununa çıxa bilər!

Əfsanə geri dönür: Kriştianu Ronaldo yeni mövsümdə ilk oyununa çıxa bilər!
21.08.2026 08:27 İdman

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatının II turunda “Ər-Riyad”la keçiriləcək oyunda “Əl-Nəsr”in heyətinə daxil edilib.

TodayPress TV xəbər verir ki, bu gün keçiriləcək qarşılaşma 41 yaşlı futbolçu üçün yeni mövsümdə ilk rəsmi matç ola bilər. 

Qeyd edək ki, son dünya çempionatında Ronaldo Portuqaliya millisinin heyətində keçirdiyi 5 oyunda 3 qol vurub. Komanda turnirdə 1/8 finala qədər irəliləyib. Mundialdan sonra təcrübəli hücumçu rəsmi qarşılaşmalarda meydana çıxmayıb.

Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 matç keçirib, 30 qol vurub və 3 məhsuldar ötürmə edib.

Portuqaliyalı ulduz daha əvvəl açıqlamasında 2026/2027-ci illər mövsümünün futbolçu karyerasında sonuncu ola biləcəyini bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər