Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi

Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi
30.07.2026 16:48 İdman

Eddi Hau “Nyukasl”ın baş məşqçisi postundan öz istəyi ilə ayrılıb.

TodayPress TV “Sky Sports”a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis hesab edir ki, beş il ərzində kluba verə biləcəyi hər şeyi verib və bu səbəbdən istefa vermək qərarına gəlib.

Mənbənin iddiasına əsasən, klub rəhbərliyi Hounu komandada qalmağa razı salmağa çalışsa da, təcrübəli məşqçi qərarını dəyişməyib.

Bildirilir ki, bu qərar komandanın nəticələri ilə bağlı olmayıb. Hau ötən mövsümün sonunda da ayrılmağı planlaşdırsa da, rəhbərliyin xahişindən sonra fikrini dəyişmişdi. Lakin bu dəfə məşqçi karyerasına fasilə vermək qərarını qəti şəkildə verib.

Qeyd olunur ki, Eddi Hau istefa qərarını təxminən iki həftə əvvəl qəbul edib və klubun yeni baş məşqçi tapması üçün vaxt verib. Tərəflər arasında ayrılıq qarşılıqlı hörmət şəraitində baş tutub və heç bir narazılıq yaşanmayıb.

Məlumata görə, məşqçi üçün bu qərar emosional baxımdan da çətin olub və klubdakı son günündə hisslərini gizlədə bilməyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər