Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu

Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu
11.08.2026 11:33 İdman

Serbiyalı hücumçu Duşan Vlahoviç “Beşiktaş”a azad agent statusunda keçməyə yaxındır.

TodayPress TV xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Skira “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, tərəflər 2029-cu ilə qədər nəzərdə tutulan müqavilənin şərtlərini demək olar ki, tam razılaşdırıblar. Serbiyalı forvardın illik maaşı bonuslar nəzərə alınmadan 8 milyon avro təşkil edəcək. Bundan əlavə, Vlahoviç müqaviləni imzaladığı üçün yüksək məbləğdə bonus əldə edəcək.

Danışıqlarda “Beşiktaş”ın baş məşqçisi Vinçenso İtalyano əsas rol oynayır. Türkiyə klubu transferi yekunlaşdıracağına əmindir.

Qeyd olunur ki, Vlahoviç daha əvvəl Səudiyyə Ərəbistanından olan bir klubun təklifini rədd edib.

2025/2026-cı illər mövsümündə Vlahoviç bütün turnirlərdə 23 matçda iştirak edib. O, bu görüşlərdə 10 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalında 26 yaşlı hücumçunun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər