Dünya ulduzları Bakıda: Gənc üzgüçülər üçün unudulmaz ustad dərsi!
Bakının ev sahibliyi edəcəyi üzgüçülük üzrə Dünya Kuboku öncəsi Bakı Su İdmanı Sarayında gənc üzgüçülər üçün ustad dərsi təşkil olunub.
TodayPress TV “azertag”a istinadən xəbər verir ki, “Swimming Clinic” formatında keçirilən tədbirdə ulduz üzgüçülər gənc idmançılarla bir araya gələrək öz təcrübələrini və məşq texnikalarını bölüşüblər.
Ustad dərsində Honq-Konq təmsilçisi Şivon Hoqi, amerikalı Karson Foster və niderlandlı Marit Stenberqen iştirak ediblər. Tədbir “World Aquatics”in “Athletes’ Experience” proqramı çərçivəsində gənc üzgüçülərin inkişafına dəstək olmaq və su idman növlərinə marağı artırmaq məqsədilə təşkil edilib.
Qeyd edək ki, oktyabrın 1-dən 3-dək təşkil olunacaq Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq. Azərbaycanı turnirdə 15 idmançı təmsil edəcək.
Namiq HUN