Dünya çempionunun transferi iflasın bir addımlığındadır

Dünya çempionunun transferi iflasın bir addımlığındadır
29.07.2026 09:32 İdman

“Yuventus”un “Aston Villa”nın qapıçısı və Argentina millisinin dünya çempionu Emiliano Martinesi transfer etmək planı təhlükə altına düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Turin klubu təcrübəli qolkiperi heyətinə qatmaq niyyətindən vaz keçməsə də, transfer danışıqları hazırda dayanıb. Buna səbəb “Aston Villa”nın futbolçu üçün tələb etdiyi yüksək transfer məbləğidir. Məhz maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün keçid prosesi dalana dirənib.

33 yaşlı Emiliano Martines 2020-ci ilin sentyabrından etibarən “Aston Villa”nın formasını geyinir. Onun Birminqem təmsilçisi ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.

Transfermarkt portalında argentinalı qapıçının bazar dəyəri 12 milyon avro qiymətləndirilir. Martines 2025/2026-cı illər mövsümündə klub səviyyəsində keçirdiyi 44 oyunda 49 qol buraxıb, 14 matçda isə qapısını toxunulmaz saxlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər