Dünya çempionu futbolla vidalaşır: Olivye Jirudan son qərar!

Dünya çempionu futbolla vidalaşır: Olivye Jirudan son qərar!
29.09.2026 15:49 İdman

Fransa futbol millisinin keçmiş hücumçusu, hazırda Liqa 1 təmsilçisi “Lill”də çıxış edən Olivye Jiru 2026/2027-ci illər mövsümünün sonunda peşəkar karyerasını başa vuracağını elan edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “L'Équipe” nəşri məlumat yayıb. 

Sentyabrın 30-da təcrübəli forvardın 40 yaşı tamam olacaq. Jiru gələcək planları ilə bağlı təəssüratlarını bölüşüb: 

“Deyəsən, bir futbolçu kimi son mövsümümü keçirirəm. Buna görə də hər anın həzzini çıxarmağa çalışıram”.

Xatırladaq ki, Jiru ötən ilin yayından “Lill”in şərəfini qoruyur. O, daha əvvəl “Los-Anceles”, “Milan”, “Çelsi” və “Arsenal” kimi tanınmış klubların formasını geyinib. 

Təcrübəli hücumçu 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu adını qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər