Dünya Çempionatının finalında Trampın hərəkəti gündəm oldu - VİDEO
ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionu olan İspaniya millisinin kubokqaldırma mərasimində maraqlı addımı ilə diqqət çəkib.
TodayPress TV xəbər verir ki, dünya çempionu olan İspaniya millisinə kuboku təqdim edən Tramp, komandanın kuboku havaya qaldırdığı an fəxri kürsünü tərk etməyib.
Məlumata görə, FIFA Prezidenti Canni İnfantino Trampın mərasimdən əvvəl kürsüdən enməsini istəsə də, ABŞ Prezidenti buna məhəl qoymayıb.
Nəticədə Tramp futbolçularla birlikdə kubokqaldırma anında da fəxri kürsüdə qalıb və bu görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, final görüşündə Argentina millisini 1:0 hesabı ilə məğlub edən İspaniya millisi tarixində ikinci dəfə futbol üzrə dünya çempionu adını qazanıb.
Donald Tramp
İspaniya millisi
FIFA Prezidenti Canni İnfantino
Kubokqaldırma anı
Todaypress.tv
Jalə Rövşən