Dünya çempionatının finalı bitdi, qalmaqal başladı - Messinin komandası araşdırılır
FİFA 2026-cı il dünya çempionatının finalından sonra Argentina millisinin futbolçularının davranışı ilə bağlı intizam araşdırmasına başlayıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, araşdırma final fitindən sonra baş verən insidentlər və oyunçuların davranışı ilə əlaqədardır. Xüsusilə bəzi argentinalı futbolçuların rəqib komandanın üzvləri ilə münaqişəyə girməsi və zorakı hərəkətlər etməsi araşdırmanın predmetidir. İntizam Komitəsi matçın hakim hesabatını və video görüntüləri nəzərdən keçirəcək, bundan sonra mümkün cəzalar barədə qərar veriləcək.