Dünya çempionatından "Qızıl top"a: Vozinyanın inanılmaz nağılı davam

Dünya çempionatından "Qızıl top"a: Vozinyanın inanılmaz nağılı davam
28.09.2026 12:57 İdman

Kabo-Verde milli komandasının qapıçısı Vozinya ilin ən yaxşı qapıçısına təqdim olunan Lev Yaşin adına mükafata namizədlər siyahısına düşməsinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Observer" nəşri məlumat yayıb.

"Belə bir şeyin mümkün ola biləcəyini heç vaxt xəyal belə edə bilməzdim. Bu, tamamilə inanılmaz bir hiss idi, lakin məni xatırlayan və qiymətləndirən hər kəsə minnətdaram. Bu siyahıda yer almağın özü artıq böyük bir şərəfdir", — deyə Vozinya bildirib.

Qeyd edək ki, mükafatın qalibi oktyabrın 26-da keçiriləcək "Qızıl top" (Ballon d'Or) təqdimetmə mərasimində elan olunacaq.

Xatırladaq ki, Vozinya 2026-cı il Dünya Çempionatında Kabo-Verde yığmasının heyətində 4 oyuna çıxıb və bu qarşılaşmaların 2-də qapısını toxunulmaz saxlayıb. DÇ-2026-dakı fantastik çıxışından sonra təcrübəli qolkiperin transfer dəyəri 10 dəfə artıb, sosial şəbəkələrdəki izləyici sayı isə təxminən 28 milyona çatıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər