Dünya çempionatı: Azərbaycan Gürcüstana qarşı
Azərbaycanın qadın şahmatçılardan ibarət yığma komandası bu gün İspaniyada təşkil olunan dünya çempionatında 1/4 final görüşünü keçirəcək.
TodayPress TV xəbər verir ki, millimiz Gürcüstan yığması ilə iki dəfə görüşəcək.
Yekunda qalıb bəlli olmasa, ertəsi gün taybreykdə Linares turnirinin yarımfinal mərhələsinə yüksələn komanda müəyyənləşəcək.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Namiq HUN