Döyüşçülərin karyerasını bitirən fənd ləğv edilir: “Artıq vaxtı çatıb!”
Kaliforniya Ştatının Atletika Komissiyasının rəhbəri Endi Foster qarışıq döyüş növlərində (MMA) “oblik-kik” (diz oynaqlarına endirilən təpik zərbəsi) kimi tanınan fəndin qadağan edilməsinin tərəfdarı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “The Ariel Helwani Show” podkastında bildirib:
“Bu zərbədən sonra bərpa olunmaq çox, çox uzun vaxt aparır və fəsadları bütün ömür boyu qala bilər. Döyüşçülərin karyerası onsuz da qısadır... Kimisə həyatı boyu əlil edə biləcək bu zərbəyə həqiqətən dəyməz.
Hesab etmirəm ki, bu zərbə qadağan olunsa, tamaşaçılar nəsə itirəcəklər. Məsafəni saxlamaq üçün başqa bir çox fəndlər var. Biz keçmişdə də müəyyən qadağalar tətbiq etmişik. Artıq vaxtı çatıb”.
Namiq HUN