Donçiç Serbiyaya məğlubiyyəti həzm edə bilmədi

Donçiç Serbiyaya məğlubiyyəti həzm edə bilmədi
26.08.2025 17:50 İdman

Təcrübəli basketbolçu Luka Donçiç Serbiyaya məğlubiyyətdən sonra sloveniyalı komanda yoldaşları ilə sərt danışıb.

TodayPress TV “Sportklub”a istinadən xəbər verir ki, o,  yığmanın Serbiya ilə yoxlama oyununda aldığı ağır məğlubiyyətə (72:106) emosional reaksiya verib.

Sloveniya millisinin lideri matçdan sonra soyunma otağında komanda yoldaşlarına sərt şəkildə müraciət edib və hətta kəskin ifadələr işlədib. Gərgin dialoqu təsdiqləyən basketbolçu Edo Muriç bu məğlubiyyət komandanı daha da birləşdirdiyini bildirib.

Qeyd edək ki, Sloveniya millisi “AvroBasket-2025”də D qrupunda mübarizə aparacaq. Onların rəqibləri İslandiya, Fransa, Polşa, Belçika və İsrail yığmaları olacaq. Serbiya millisi isə A qrupunda Portuqaliya, Estoniya, Latviya, Türkiyə və Çexiya ilə qarşılaşacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər