Diskvalifikasiyadan sonra Mudriki yeni klub gözləyir

Diskvalifikasiyadan sonra Mudriki yeni klub gözləyir
04.08.2026 09:48 İdman

Mixail Mudrikin mümkün yeni klubu məlum olub.

TodayPress TV “Footmercato” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” klubunun ukraynalı cinah oyunçusu karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

Bildirilir ki, antidopinq qaydalarını pozduğuna görə tətbiq olunan diskvalifikasiya aradan qaldırıldıqdan sonra London klubu 25 yaşlı futbolçunu 2026/2027-ci illər mövsümü üçün heyətdə saxlamağı planlaşdırmır.

Bundan əvvəl Mudriklə “Koventri” də daxil olmaqla bir neçə klub maraqlanıb. Lakin son məlumata əsasən, “Çelsi” futbolçunu icarə əsasında “Strasburq” klubuna göndərmək niyyətindədir.

Mənbənin iddiasına görə, Fransa təmsilçisi də ukraynalı vingeri heyətinə qatmaqda maraqlıdır. Transferin reallaşmasını isə “Çelsi” və “Strasburq” klublarının eyni sahibi olan “BlueCo” şirkətlər qrupuna məxsus olması asanlaşdıra bilər.

Qeyd edək ki, Mixail Mudrik iyulun sonunda diskvalifikasiyası ləğv edildikdən sonra avqustun 3-də “Çelsi”nin Honkonqda keçirilən mövsümöncəsi hazırlıq toplanışına qoşulub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər