Diomand transferi baş tutmadı: səbəb fantastik qiymət oldu

Diomand transferi baş tutmadı: səbəb fantastik qiymət oldu
29.07.2026 08:36 İdman

“Barselona” klubu yüksək transfer qiymətinə görə Yan Diomandın keçidindən imtina edib.

TodayPress TV “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bir neçə ay əvvəl “Leypsiq”in hücumçusu Yan Diomandla maraqlanıb və alman təmsilçisindən futbolçu ilə bağlı məlumat alıb.

Bildirilir ki, “Leypsiq” Fil Dişi Sahili millisinin üzvü üçün 100 milyon avrodan çox transfer haqqı tələb edib. Bu səbəbdən “Barselona” transferdən imtina edərək diqqətini Entoni Qordonun keçidinə yönəldib.

Yan Diomand 2025-ci ildən “Leypsiq”in formasını geyinir. O, 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə keçirdiyi 36 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti daha dörd il qüvvədədir.

Qeyd edək ki, 23 yaşlı hücumçu son dünya çempionatında dörd oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, daha əvvəl insayder Fabrizio Romano PSJ və “Real Madrid”in də Yan Diomandın transferi uğrunda mübarizə apardığını bildirmişdi.

Namiq HUN

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər