Devid Kulthardın “ən böyük pilot” seçimi

İdman

06.01.2026 17:38

“Formula-1”in sabiq pilotu Devid Kulthard şəxsi “ən böyük pilotlar” reytinqində niyə braziliyalı Ayrton Sennanı almaniyalı Mixael Şumaxerdən yuxarıda göstərdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, F1 Oversteer nəşri Kulthardın sözlərini sitat gətirib.

“Çempionluq titulları və maşının imkanları baxımından seçim etməli olsaydım, Şumaxeri seçərdim. Bir daha təkrar edirəm, imkanlarımı xeyli aşan bütün bu pilotlara böyük hörmətlə yanaşıram. Mənə elə gəlir ki, Senna komanda yoldaşları ilə mübarizə aparırdı və onun üçün qarşısındakının kim olması önəmli deyildi. Halbuki, mənə təklif olunanlara əsasən deyə bilərəm ki, Şumaxerin ətrafında bir nömrəli pilot kimi güclü dəstək sistemi qurulmuşdu. Bu, onun pilotluq keyfiyyətlərini qətiyyən azaltmır, sadəcə onu göstərir ki, əgər razılaşmaq imkanı varsa, niyə bundan istifadə etməyəsən?

Amma məni “Formula-1”ə gətirən səbəblərə baxsaq, bu, ən yüksək səviyyədə, həmin dövrdə uğur qazanmış və ya mövcud olan ən yaxşı pilotlarla yarışmaq, özümün hansı səviyyədə olduğumu görmək istəyi idi.

Ona görə də məsələ təkcə qalib gəlmək istəyi deyil. Əlbəttə, sən qalib gəlmək istəyirsən, amma yarışın əsas mənası trasda üz-üzə gəlməkdir. Yarış və idman məhz bundan ibarətdir. Hörmət uğrunda mübarizədir. Mən Sennanı seçirəm”, - deyə Kulthard bildirib. 

Namiq HUN

TodayPress TV

tag: Formula 1,Pilot,Seçim,Yarış,Todaypress.tv,