DÇ finalı ilə bağlı qalmaqal: 60 mindən çox imza toplandı

DÇ finalı ilə bağlı qalmaqal: 60 mindən çox imza toplandı
24.07.2026 09:50 İdman

Argentina millisinin azarkeşləri 2026-cı il dünya çempionatının final oyununun yenidən keçirilməsi tələbi ilə petisiya başladıb.

TodayPress TV xəbər verir ki, Argentina azarkeşləri Change.org platformasında yaratdıqları petisiyada hakim idarəçiliyinin matçın nəticəsinə təsir etdiyini iddia edərək, FIFA-nı finalın yenidən keçirilməsinə çağırıblar. 

Petisiyanı artıq 60 mindən çox şəxs imzalayıb. Məsələyə İspaniyanın nəqliyyat naziri Oskar Puente də münasibət bildirib.

“Onlar daha 120 dəqiqə oynamaq istəyirlər ki, bəlkə bu dəfə qapıya zərbə endirə bilsinlər”, – deyə nazir istehza ilə bildirib.

Qeyd edək ki, baş hakim Slavko Vinçiçin idarə etdiyi həlledici qarşılaşmada Argentina millisi əlavə vaxtda İspaniya komandasına 0:1 hesabı ilə məğlub olub. Oyunun yeganə qolunu 106-cı dəqiqədə Ferran Torres vurub.

Argentina millisi bununla da 2022-ci ildə Qətərdə qazandığı dünya çempionu titulunu qoruya bilməyib. İspaniya isə 2026-cı il dünya çempionatının qalibi olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər