DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
2026-cı il dünya çempionatında III turun oyunları davam edir.
TodayPress TV xəbər verir ki, ikinci oyun günündə F qrupunun iki görüşü baş tutub.
Tunis millisi Niderlandla qarşılaşıb. Matç narıncıların 3:1-lik qalibiyyəti ilə bitib. Niderland qrupdan 7 xalla lider kimi çıxıb. Tunis isə mundialı xalsız tərk edib.
Qrupun digər matçında oyununda isə Yaponiya İsveçlə üz-üzə gəlib. Tərəflər hərəyə bir dəfə fərqlənməklə 1 xal qazanıblar: 1:1.
Yaponiya 5 xalla qrup ikincisi, İsveç 4 xalla qrup üçüncüsü kimi adını 1/16 finala yazdırıb.