DÇ-2026: İtaliya, Xorvatiya və Kosovo yığmaları qalib gəldi

DÇ-2026: İtaliya, Xorvatiya və Kosovo yığmaları qalib gəldi
09.09.2025 07:34 İdman

DÇ-2026-nın seçmə mərhələsində 4 qrupda 7 oyun keçirilib.

TodayPress TV-nin məlumatına görə, B qrupunda Kosovo İsveçi 2:0 hesabı ilə məğlub edərək sürprizə imza atıb, İsveçrə isə Sloveniya üzərində 3:0 qalib gəlib.

C qrupunda Belarus Şotlandiyaya (0:2), Yunanıstan isə Danimarkaya (0:3) uduzub.

L qrupunda Farer adaları Cəbəlüttariqi 1:0 hesabı ilə məğlub edib, Xorvatiya isə Monteneqronu darmadağın edib – 4:0.

I qrupunda isə İtaliya İsrailə qarşı qonaq oyununda 5:4 hesabı ilə qalib gəlib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər