DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi

DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi
06.07.2026 08:09 İdman

DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçirilib.

TodayPress TV xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlib.

Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb.

Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem topu başla qapıdan keçirib: 1:0.

Meksikalılar qolun şokundan ayılmamış Bellinqem 2 dəqiqə sonra özünün və komandasının 2-ci qolunu vurub.

Çox keçməmiş ev sahibləri buraxılan qollardan birinin əvəzini çıxıb. 42-ci dəqiqədə Kinyones fərqlənib. İlk hissə İngiltərə millisinin üstünlüyü ilə başa çatıb: 2:1.

İkinci hissədə İngiltərə 1 nəfər azlıqda qalıb. 54-cü dəqiqədə Kuansa qırmızı vərəqə alaraq meydandan qovulub.

Buna baxmayaraq britaniyalılar hesab arasındakı fərqi artırmağı bacarıb. 60-cı dəqiqədə Harri Keyn 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

69-cu dəqiqədə görüşün baş hakimi Əlirza Fəqani bu dəfə İngiltərənin qapısına penalti təyin edib. Topun arxasına keçən Raul Ximenez dəqiq oynayaraq hesabı 2:3 edib.

Matç bu hesabla başa çatıb və İngiltərə millisi növbəti mərhələyə yüksəlib.

İngiltərə 1/4 finalda Norveç millisi ilə qarşılaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər