DÇ-2026-da pley-offa yüksələn 28 komanda müəyyənləşdi
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə 2026-cı il dünya çempionatında 1/16 final mərhələsinə vəsiqə qazanan 28 komanda bəlli olub.
TodayPress TV xəbər verir ki, FIFA-nın məlumatına görə, pley-off mərhələsinə yüksələn komandalar bunlardır:
Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Avstraliya, Paraqvay, Almaniya, Fildişi Sahili, Ekvador, Niderland, Yaponiya, İsveç, Belçika, Misir, İspaniya, Kabo Verde, Fransa, Norveç, Seneqal, Argentina, Kolumbiya, Portuqaliya, İngiltərə və Qana.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının final oyunu iyulun 19-da keçiriləcək.